Pyer Saj: “Qarabağ” daha çox qol vura bilərdi”

29.11.2024

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Lion” Avropa Liqasının Liqa mərhələsinin V turu çərçivəsində Bakıda keçirilən matçda “Qarabağ”ı 4:1 hesabı ilə məğlub edib.

Futbolpress.az xəbər verir ki, Fransa təmsilçisinin baş məşqçisi Pyer Saj matçından sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– “Qarabağ”ın oyununu təhlükəli hesab edirsiz?

– Bəli. İlk hissədə çoxlu təhlükəli epizodlar yaratdılar. Bunu unutmaq olmaz. Biz ikinci hissədə müdafiəni daha yaxşı təşkil etdik. Hücuma keçidlərdə üstünlüklərimiz oldu. Çətin olsa da, sonradan ardıcıl qollar vurduq.

– Sizcə, hesab oyuna görə oldu?

– Xeyr.

– Bakıdakı atmosfer, stadion haqda nə deyərdiz?

– Stadionda azarkeşlərin davranışı yaxşı idi. Oyunun gedişatına müsbət təsir edirdi.

– Hesabın oyuna görə olmadığını dediniz. Sizcə, hesab daha böyük olmalı idi, yoxsa gözləntiniz başqa idi?

– Bəli, düz anlamısız. “Qarabağ” daha çox qol vura bilərdi. Şansları da var idi. Bu da oyunun gedişatını dəyişdirə bilərdi.

Əsas xəbərlər, Manşet, Ölkə futbolu “Qarabağ” məğlub oldu

28 Noyabr 2024, 23:38

Dünya futbolu, Əsas xəbərlər “Qarabağ” – “Lion” START HEYƏTLƏRİ

28 Noyabr 2024, 20:36

Əsas xəbərlər, Ölkə futbolu “Qarabağ” – “Lion”: neçə bilet satılıb?

28 Noyabr 2024, 18:07

Əsas xəbərlər, Manşet, Ölkə futbolu “Lion”la oyuna doğru: “Pley-off şanslarını saxlamaq üçün qələbə lazımdır”

28 Noyabr 2024, 15:15

Əsas xəbərlər, Manşet, Ölkə futbolu “Lion”la oyuna doğru – STATİSTİKA

28 Noyabr 2024, 9:52

Dünya futbolu, Əsas xəbərlər “Lion”un futbolçusu: “Bütün gücümüzü səfərbər etməliyik”

27 Noyabr 2024, 21:38

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью