Pyerluici Kollina bir zərbənin tərəfdarıdı

11.02.2025

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

FİFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina hesab edir ki, qapıçı matç zamanı 11 metrlik məsafədən zərbəni dəf edə bilsə, vuruşu bitirmək variantı ləğv edilməlidir. Yəni, qapıçının qaytardığı topa təkrar zərbə endirməməlidir. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq referi ən yaxşı həll yolunun bir zərbə olduğunu düşünür:

"Beynəlxalq Futbol Assosiasiyaları Şurasında apardığımız müzakirələrdə artıq fikrimi bildirmişəm. Düşünürəm ki, ən yaxşı həll yolu bir zərbə olardı. Bu, əlavə vaxtdan sonra penalti kimidir: ya qol vurursan, ya da qapıçı zərbəsi ilə oyunu yenidən başlayırsan, vəssalam. Beləliklə, ümumiyyətlə, penaltidən əvvəl yaranan lazımsız hay-küyün qarşısını ala bilərik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью