Qaani haqda yeni xəbər var ABŞ a qarşı müharibəni idarə edənlərdən biridir

18.03.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani hazırda İranın ABŞ-İsrail kolisiyasına qarşı apardığı müharibəni idarə edən əsas generallardan biridir.
Modern.az xəbər verir ki, bu barədə SEPAH-a yaxın mənbələrin məlumatında bildirilib.
Məlumata görə, İranın regiondakı proksi qruplarını general İsmayıl Qaani koordinasiya edir. Livandakı  “Hizbullah”, İraqdakı “Haşd-i Şabi” qrupları və Yəməndəki Husilər onun kurasiyasındadır.
SEPAH-a yaxın mənbələr yazır ki, ABŞ-İsrail kolisiyası İsmayıl Qaaninin yerini tapa bilmədiyinə görə, ona qarşı media üzərindən savaş aparırlar. Yəni əslində Qaani nə həbs edilib, nə də edam olunub.
Qeyd edək ki, ABŞ-İsrail kolisiyasının İrana hücumları başlayandan sonra xarici KİV-lər general İsmayıl Qaani haqqında müxtəlif xəbərlər yayıb. Gah onun öldürüldüyü bildirilib, gah da İsrail kəşfiyyatı ilə əməkdaşlıq etdiyinə görə həbs olunduğu yazılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью