Qab yumağa görə böyük bacısını öldürdü

11.11.2024

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiyanı Moskva vilayətində 10 yaşlı qız 13 yaşlı bacısını öldürüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Podolsk şəhərində baş verib. Valideynləri evdə olmadığı üçün 13 yaşlı qız balaca bacısından qabları yumağı tələb edib. Bundan hiddətlənən kiçik qız stolun üstündən bıçağı götürərək, bacısını vurub.

Bundan sonra o, təcili yardım çağırıb. Lakin gələn həkimlər çoxlu qan itirən yaralını xilas edə bilməyiblər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью