Qabağa düşmək istəyən sürücü səhv zolağa keçib yolu bağladı 77 SE 287 VİDEO

05.06.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paytaxtın Səməd Vurğun küçəsində qayda pozan sürücü görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-SE-287 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü yol nişanlanma xəttinin tələbini pozub. Belə ki, önündəki maşınlara səbri çatmayan sürücü düzünə təşkil olunmuş zolaqdan sola - yalnız sola hərəkət etməyə icazə verən zolağa yerdəyişmə edib. Bu vaxt o, həmin zolaqdakı maşınları gözlədib və bir müddət sonra düzünə hərəkət edib. 

Təəssüf ki, bəzi sürücülər düzgün zolağı seçmirlər və lüzumsuz manevrlər edərək digər nəqliyyat vasitələrinin hərəkətinə əngəl törədirlər. Ən pis halda isə qəzaya səbəb olurlar.

Xatırladaq ki, sürücünün törətdiyi qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tənzimlənir.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью