Qabiliyyət imtahanı belə keçirilir FOTOLAR

24.06.2025

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Tofiq Bəhrəmov adına stadionda Dövlət İmtahan Mərkəzi tərəfindən bədən tərbiyəsi və idman istiqamətində 62-ci komissiya üzrə qabiliyyət imtahanı keçirilir. 

"Cebheinfo.az" xəbər verir ki, imtahan verən 240 abituriyentin bacarıqları  tullanma, turnikdən dartınma, 100 metrə üzrə qaçış, 1000 metrə üzrə qaçış normativləri üzrə yoxlanılır.  

Qeyd edək ki, idman istiqaməti üzrə qabiliyyət imtahanları hazırda Bakıda Azərbaycan İdman Akademiyası və Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunur. Regionlarda isə Tovuz, İsmayıllı və Şərur Olimpiya İdman Komplekslərində imtahanlar keçirilir. 

İmtahanlarda iştirak etmək üçün 20925 nəfər qeydiyyatdan keçib. İdman istiqaməti üzrə  üzrə 61 (Məşqçilik), 62 (Ümumi fiziki hazırlıq, Adaptiv bədən tərbiyəsi, Kütləvi-sağlamlaşdırıcı idman) və 63-cü (Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi) komissiyalar fəaliyyət göstərir.  

Elnarə Kərimova 
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью