Qabiqol Braziliyada komandasını dəyişdi

03.01.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

Braziliyalı hücumçu Qabriel Barbosa bundan sonra "Flamenqo"da oynamayacaq. 

Fanat.Az xəbər verir ki, "Qabiqol" ləqəbli forvard "Kruzeyro"ya keçib. 

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. 

28 yaşlı hücumçunun “Flamenqo” ilə müqaviləsinin müddəti başa çatıb və o, yeni komandasına azad agent kimi keçib. Qabriel "Kruzeyro" ilə 31 dekabr 2028-ci il tarixinədək müddətə müqavilə imzalayıb. 

Barbosa Braziliya çempionatının son mövsümündə 19 oyun keçirib və bu görüşlərdə 4 qol, 1 məhsuldar ötürmə ilə diqqət çəkib.

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью