Qabırğası sınan Azərbaycan cüdoçusu iki üç ay müalicə alacaq

03.05.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Quba, 3 may, AZƏRTAC

Azərbaycan cüdoçusu Vüsal Qələndərzadənin (73 kiloqram) Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində təsəlliverici görüşə çıxmamasının səbəbi bəlli olub.

AZƏRTAC xəbər verir ki, bu barədə danışan Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib: "Təəssüf ki, Vüsalın qabırğası sındı və 1/4 final görüşünü yarıda dayandırmalı oldu. Bu səbəbdən təsəlliverici görüşə çıxa bilmədi. Təxminən iki-üç ay müalicə almalı olacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью