Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Mayyumba şəhəri yaxınlığında, dənizdə qazma işləri aparan neft platformasında qəza baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, dayaqların qırılması nəticəsində platforma dənizin dibinə gedib.
Qəza zamanı platformada 115 nəfər olub. 110- nəfər xilas edilsə də, 5 işçi itkin düşüb. Onların axtarışları davam etdirilir.
Qabon prezidenti Bris Oliqi Nqema bədbəxt hadisədən narahat olduğunu bildirməklə yanaşı qəzanın baş vermə səbəblərinin araşdırıldırılmasına başlandığını da söyləyib.
Qeyd edək ki, Qabon hasil edilən xam neftin həcminə görə dünyada 35-cidir. Ölkə ərazisində gündəlik 210-230 min xam neft çıxarılır.
L.Tağıyeva