Qabonlu hücumçu faciəli şəkildə vəfat etdi

16.04.2025

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çinin “Çjetszyan” klubunun hücumçusu Aron Bupendza faciəvi şəkildə ölüb.

Futbolpress.az xəbər verir ki, qabonlu forvard 11-ci mərtəbədən yıxılıb. Bu barədə Rumıniyanın “Fanatik” nəşri məlumat yayıb. Çin polisi məsələ ilə bağlı araşdırmaya başlayıb. Bupendzanın intihar etdiyi də iddialardan biridir.

Bupendza 2020/2021 mövsümündə Türkiyənin “Hatayspor” klubunda çıxış edib. 28 yaşlı futbolçu Fransada “Bordo”, “Pau”, “Ayaçço”, “Trua”, Portuqaliyada “Farense”, Qətərdə “Əl-Ərəbi”, Səudiyyə Ərəbistanında “Əl-Şəbab”, ABŞ-də “Çinçinnati” və Rumıniyada “Rapid”in formasını geyinib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью