Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İngiltərənin “Arsenal” futbol komandasının hücumçusu Qabriel Jezus karyerasını İspaniyanın “Barselona” futbol klubunda davam etdirəcək.
İdman.Biz xəbər verir ki, tərəflər transferlə bağlı razılığa gəliblər. Keçidin məbləği 10 milyon avrodan (20 milyon AZN) çox olacaq.
29 yaşlı braziliyalı futbolçu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanacaq. Sözləşmədə əməkdaşlığın daha bir mövsüm uzadılması üçün seçim hüququ da nəzərdə tutulub.
Qeyd edək ki, Jezus 2022-ci ildən “Arsenal”da çıxış edir.