Qabriel Jezus Kataloniyada RƏSMİ

01.09.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Barselona” klubu “Arsenal”ın hücumçusu Qabriel Jezusu heyətinə qatıb.

Futbolpress.az xəbər verir ki, 29 yaşlı braziliyalı təcrübəli forvard Kataloniya təmsilçisi ilə 30 iyun 2029-cu ilə qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalayıb. “Transfermarkt” portalının məlumatına görə, keçid “Barselona”ya 10 milyon avroya başa gəlib.

Jezus 2022-ci ildə “Mançester Siti”dən 52 milyon avro qarşılığında “Arsenal”a transfer olunmuşdu. O, “topçular”ın şərəfini qoruduğu müddətdə meydana çıxdığı 123 rəsmi oyunda 32 qol vurub və 22 məhsuldar ötürmə müəllifi olub. Braziliyalı təcrübəli hücumçu ötən mövsüm London klubu ilə İngiltərə çempionluğunu qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью