Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.
PSJ 19 yaşlı yarımmüdafiəçi Qabriel Moskardonun icarəyə verildiyini açıqlayıb.
İdmanxeber.az-ın əş məlumatına görə, gənc futbolçu Portuqaliyanın “Braqa” klubuna keçib. Tərəflər 1 illik icarə müqaviləsi imzalayıb.
Qeyd edək ki, Moskardo 2024-cü ilin yanvar ayından Paris təmsilçisinin heyətində çıxış edir. O, həmçinin Braziliyanın U-20 millisinin üzvüdür və bu komanda ilə Cənubi Amerika çempionatının qalibi olub.