Qaçan “prezident”: Yalnız bu halda istefaya verəcəm

16.11.2024

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Abxaziyanın “prezidenti” Aslan Bjaniya müxalifətin zəbt etdiyi hökumət binasını azad etdikdən sonra istefa ərizəsi yazmağa hazır olduğunu bildirib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, Bjaniya bu sözləri Tamış kəndində tərəfdarları ilə görüşdə deyib.

“Onlar bu binanı tərk etdikdə, mən istefa ərizəsi yazacağam və yeni seçkilərdə onların nə qədər dəstək alacağını görəcəyik”, – deyə o bildirib.

Qeyd edək ki, Abxaziyanın “rəhbəri” Aslan Bjaniya müxalifətin təzyiqi nəticəsində Suxumidən qaçaraq, öz kəndinə – Tamışa sığınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью