Qaçırılan təyyarə ilə bağl YENİ DETAL

30.09.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Bu gün Dubay-Təl-Əviv  reysi ilə uçuş zamanı qaçırılan “Flydubai” şirkətinə məxsus sərnişin təyyarəsi ilə bağlı yeni məlumat yayıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə İsrailin “i24NEWS” televiziya kanalının sərnişinlərdən əldə etdiyi məlumatda deyilir: “Təyyarədə iki saat ərzində qışqırıqlar eşitdik, pilot bıçaqlandı və çoxlu qan gördük. Təyyarə tamamilə idarəetməni itirdi və biz qəzaya uğrayacağımızı düşündük və dua etdik. İsraillilər vəziyyəti nəzarətə götürdülər və terrorçunu zərərsizləşdirdilər. Tibb bacısı və həkim pilota ilk tibbi yardım göstərdilər. Allaha şükür, təyyarədə idarəetməni ələ alan bir neçə pilot var idi və biz Səudiyyə Ərəbistanında təcili eniş etdik. Bunun terrorçu olub-olmadığını bilmirik”. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью