Qaçırılmış maşınları bu yolla tapmaq mümkündür | Icma.az
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq. Son dövrlərdə avtomobil icarəsi sahəsində narahatedici bir tendensiya müşahidə olunur.
Bəzi şəxslər maşınları rəsmi şəkildə icarəyə götürüb, daha sonra nəqliyyat vasitəsini qaytarmadan yoxa çıxırlar.
Bu isə avtomobil icarəyə verən şirkətlərdə müştərilərə inamı azaldır, eyni zamanda təşvişə səbəb olur.
İcarə məsələsi ilə bağlı hansı problemlər var? Maşını icarəyə götürüb qaytarmayan adamlara qarşı hansı hüquqi tədbirlər həyata keçirilə bilə
Belə halların qarşısını almaq üçün nə kimi addımlar atılmalıdır?
Globalnfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, son illər ərzində “Rent a Car” avtomobil kirayəsi və ya avtomobil icarəsi sahəsi yaxşı inkişaf edib.
Onun sözlərinə görə, Azərbaycanda həmçinin beynəlxalq “Rent a Car” şirkətləri də fəaliyyət göstərir: “Beynəlxalq şirkətlər bizim ölkədə çox uğurla fəaliyyət göstərirlər.
Belə ki, həm təklif etdiyi avtomobillər daha yeni olur, həm də onların beynəlxalq çıxışı var.
Tam oxu
Xəbəri oxu