Qaçqınkomda vətəndaşlarla görüş

12.08.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Avqustun 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin vətəndaşlarla növbəti görüşü olub.

Görüşdə vətəndaşların müraciətləri diqqətlə dinlənilib və qaldırılan məsələlərin müvafiq qaydada araşdırılacağı və qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib.

Görüşdə Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqların ardıcıllıqla həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi və onun göstərişləri ilə müvafiq tədbirlərin görüldüyü vurğulanıb.

Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə uyğun olaraq, ilk növbədə ağır şəraitdə və qəzalı binalarda yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür.

Görüşdə vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью