Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Azərbaycanda miqrasiya sahəsində göstərilən xidmətlərdən 27-si artıq elektronlaşdırılıb”.
Redaktor.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Aygül Abbaszadə "Azərbaycanda miqrasiya idarəçiliyi, xidmətləri və miqrasiya tendensiyaları" mövzusunda təqdimatda bildirdi.
Onun sözlərinə görə, 1 proses var ki, o elektronlaşdırılmayıb:
“Qaçqınlarla bağlı prosedurlar elektronlaşdırılmıyıb. Səbəb odur ki, qaçqınların ümumiyyətlə sənədi olmur yaxud ölkəni qanunsuz tərk edir. Hətta elə qaçqınlar var ki, onların oxuma və yazması da olmur. Bu səbəbdən dünya təcrübəsində də miqrasiya sahəsində qaçqınlarla bağlı prosedurlar elektronlaşdırılma özünü doğrultmur".
Aytəkin TOFİQQIZI