Qadağadan sonra dönüş: “Səkkiz” SENZURASIZ KONKRET

03.02.2026

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir neçə gün əvvəl yayımı bərpa olunan “Səkkiz” serialı ilə bağlı yeni açıqlama verilib.

KONKRET.az “Yeni Sabah”a istinadən xəbər verir ki, serialın quruluşçu rejissoru və baş rol ifaçısı, aktyor Hikmət Rəhimov bildirilib ki, serialın növbəti bölümlərini senzurasız izləmək üçün metaflix.az platformasına abunə olmaq lazımdır.

Yeni bölümlər isə hər həftənin şənbə günü saat 23:00-da ARB televiziyasında yayımlanacaq. Hikmət Rəhimov paylaşımlarında izləyicilərə göstərdikləri maraq və dəstəyə görə təşəkkür edib.

Qeyd edək ki, bir müddət əvvəl “Səkkiz” serialının ilk bölümündə qeyri-etik ifadələrin yer alması səbəbilə ARB kanalının yayımı 3 saatlıq dayandırılmışdı. Daha sonra serialın yayımının YouTube, televiziya və kinoteatrlarda müvəqqəti olaraq dayandırılması barədə qərar verilmişdi.

“Səkkiz” serialı psixoloji triller janrında çəkilib və 12 seriyadan ibarətdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью