Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır. Çinə qarşı sərt iqtisadi qərarlar yalnız Ağ Evdə qəbul olunmur.
ABŞ Konqresində Respublikaçılar və Demokratlar Partiyasının üzvləri arasında Çin əleydarları kifayət qədər çoxdur.
"Cebheinfo.az" xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu özünü "Facebook" profilində qeyd edib.
O bildirib ki, Nümayəndələr Palatasında və Senatda “Çinlə münasibətləri normallaşdırmaq lazımdır” tezisiylə çıxış edən yoxdur: “Respublikaçı-senator Tim Skott Çinlə ticarəti qadağan edən qanunun qəbulunu dəstəkləyir.
Prezidentliyə namizədliyini irəli sürən, daha sonra geri çəkilən Tim Skott qatı anti-Rusiya və anti-Çin mövqeyi ilə tanınıb.
ABŞ Nümayəndələr Palatasında Çin Kommunist Partiyasıyla bağlı xüsusi komitə mövcuddur. Komitənin sədri Con Mulenardır.
O da Tim Skott kimi Çinlə ticarət əlaqələrinin dayandırılmasının tərəfdarıdır.
Konqresmenlər hesab edirlər ki, Çin ABŞ-la ədalətsiz ticarət həyata keçirir.