Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Yay mövsümündə çimərliklərə axın artsa da, bəzi vətəndaşlar qadağan olunmuş ərazilərdə suya girməyə üstünlük verirlər. Bəs bu cür davranış nə ilə nəticələnir və qanunvericilik belə hallara görə cərimə nəzərdə tutulurmu?
Mövzu ilə bağlı vəkil Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, ümumilikdə qadağan olunmuş yerdə çimməyə görə birbaşa inzibati məsuliyyət nəzərdə tutulmur:
"Bu qadağa daha çox insanların sağlamlığının qorunması məqsədi daşıyır ki, onlar xəstələnməsinlər və müxtəlif virus və bakteriyalara məruz qalmasınlar.
Lakin burada başqa məsələ də var. İnzibati Xətalar Məcəlləsində müəyyən hallarda məsuliyyət yarana bilər. Məsələn, 229-cu maddəyə əsasən su obyektləri üzərində mülkiyyət hüququnun pozulmasına görə fiziki şəxslər 50 manatdan 100 manatadək cərimə oluna bilər. Çimərliklərdə adətən mülkiyyət hüququ məsələsi olmur, amma hər halda kiminsə mülkiyyətinə qanunsuz daxil olma halları baş verərsə, bu artıq ayrıca hüquqi məsələ sayılır.
Digər bir maddə isə 264-cü maddədir. Bu maddə su obyektlərinin mühafizəsi qaydalarının pozulmasını nəzərdə tutur. Məsələn, xüsusi qorunan su obyektlərinin rejimi pozularsa, bu halda fiziki şəxslər 600 manatdan 1000 manatadək cərimə oluna bilər. Lakin adi çimərliklərdə bu tip xüsusi rejimlərin tətbiqi nadir hallarda olur.
Ümumilikdə çimərliklərdə qadağa daha çox profilaktik xarakter daşıyır və əsas məqsəd insanların sağlamlığını qorumaqdır. Qadağaya əməl etməmək isə əsasən şəxsin öz sağlamlıq riski kimi qiymətləndirilir", - deyə vəkil qeyd edib.
Beləliklə, qadağan olunmuş ərazilərdə suya girmək birbaşa inzibati cəriməyə səbəb olmasa da, vətəndaşlar üçün ciddi həyati təhlükə formalaşdırır. Qanunvericilikdə nəzərdə tutulan bəzi cərimələr isə yalnız mülkiyyət hüququ və xüsusi qorunan dövlət obyektləri zədələndiyi halda qüvvəyə minir. Sahillərdə tətbiq edilən qadağaların əsas qayəsi cərimə toplamaq deyil, əhalinin sağlamlıq risklərini sıfıra endirməkdir. Qaydalara riayət etmək hər bir vətəndaşın öz təhlükəsizliyinə qarşı fərdi məsuliyyətindən asılıdır.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Mövzu ilə bağlı vəkil Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, ümumilikdə qadağan olunmuş yerdə çimməyə görə birbaşa inzibati məsuliyyət nəzərdə tutulmur: