Qadın alt paltarlarını oğurlayan kişi peşman olub pulu ödədi

14.11.2024

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Taylandın Pattaya şəhərində kişi qadınların alt paltarlarını oğurlayıb və peşman olub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 42 yaşlı camaşırxana sahibi Kay qəribə hekayənin müəssisəyə zərif geyinmiş bir adamın gəlməsi ilə başladığını bildirib. O, camaşırxana otağına girərək, qadın alt paltarlarını oğurlayıb.

Gecəyarı həmin adam camaşırxanaya qayıtmaq qərarına gəlib. O, oğurladığı paltarı qoyub yenidən gözdən itib. Zərfdə pul, oğurlanmış qısa tuman və üzrxahlıq məktubu olub. Qeyddə həmin şəxs hadisədən sonra ağır stress keçirdiyini və etdiyi əməldən peşman olduğunu qeyd edib. “Xahiş edirəm, məni bağışla və mənə qarşı ittiham irəli sürmə. Bunu bir dərs kimi xatırlayacağam və bir daha belə etməyəcəyəm”.

Buna baxmayaraq, Kay naməlum cinayətkardan polisə şikayət edib. O, polislərə hadisənin kamera görüntülərini verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью