Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qazaxıstanda qadın avtomobillə supermarketin divarını yararaq ticarət zalına daxil olub.
Bizim Media xarici mətbuata istinadla xəbər verir ki, hadisə nəticəsində mağazanın rəfləri dağılıb, məhsullar yerə səpələnib.
Sürücünün sözlərinə görə, sükan arxasında olarkən tutma keçirib və nəticədə avtomobilə nəzarəti itirib.
İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Qadın barəsində inzibati protokol tərtib edilib.
Bizim.Media