Qadın başına daş parçası vurularaq öldürüldü Bakıda FACİƏ

18.12.2024

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə Sfera.az-a Sabunçu rayon prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, hadisə dekabrın 17-si saat 17 radələrində Sabunçu rayonu ərazisində baş verib.

“1991-ci il təvəllüdlü Elnarə İbrahimovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1995-ci il təvəllüdlü İgid Rəcəbzadənin rayonun Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Elnarə ibrahimovanın baş nahiyəsinə daş parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib”, - qurum bildirib.

Prokurorluqdan qeyd olunub ki, faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İgid Rəcəbzadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Günay

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью