Qadın Basketbol Liqası start götürür

05.04.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

3x3 basketbol üzrə ABB Qadın Basketbol Liqasına start veriləcək.

İdman.biz xəbər verir ki, aprelin 7-8-də Bakı İdman Sarayında yarışın birinci mərhələsi keçiriləcək.

Ümumilikdə üç mərhələdən ibarət olacaq liqanın birinci mərhələsində 11 komanda mübarizə aparacaq.

Liqada iştirak edəcək komandalar
1. RİOEUGİM 2
2. QARADAĞ
3. ABŞERON
4. BAKU WOLVES
5. NEFTÇİ
6. BBA
7. BAKU FLAMES
8. CRAZY GİRLS
9. CTRL
10. GƏNCƏ
11. TORPAQ

Qeyd edək ki, liqanın turnir cədvəlinə əsasən yekunda ilk 6 pilləni tutmuş komandalar final mərhələsinə vəsiqə qazanacaqlar. Bütün oyunları Azərbaycan Basketbol Federasiyasının (ABF) rəsmi youtube kanalından izləyə bilərsiniz.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью