Qadın basketbol millimiz Rumıniyada

10.08.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünən qızlardan ibarət U-18 millimiz Rumıniyanın Tulça şəhərində keçirilən Avropa çempionatı B divizionunda 17-20-ci yerlər uğrunda oyunda Şimali Makedoniya seçməsi ilə qarşılaşıb.

Evren Alkayanın yetirmələri oyunun ilk hissəsində rəqibə (40:42) məğlub olsa da, ikinci hissədə geridönüş edərək 75:73 hesablı qələbə qazanıb. Görüşün ən dəyərli basketbolçusu (MVP) 19 xal, 4 ribaundla millimizin üzvü Deniz Gökçöl seçilib.Qeyd edək ki, qızlarımız növbəti oyununu bu gün Bakı vaxtı ilə saat 12:00-da Estoniya seçməsinə qarşı keçirəcək.

Q.ƏLİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью