Qadın boksçularımız Kastamonuda Türkiyə millisi ilə hazırlıq keçəcək

18.10.2025

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qadın boksçulardan ibarət Azərbaycan milli komandası Türkiyəyə yollanıb. Yığmamız oktyabrın 18-dən 27-dək Kastamonuda təlim-məşq toplanışında olacaq.

Məşqçilər korpusu hazırlığa Lalə Mədətova (48 kq), Zeynəb Rəhimova (51 kq), Nərgiz Zeynalova (54 kq), Aynur Mikayılova (57 kq) və Fatimə Mehdiyevanı (65 kq) cəlb ediblər.

Türkiyə millisi ilə birgə təşkil olunacaq toplanış VI İslam Həmrəyliyi Oyunları və U-23 Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Hazırlıq çərçivəsində sınaq döyüşləri də keçiriləcək.

İdmançımız Azərbaycan boks tarixinə düşüb Boksçularımız Avropa çempionatını 5 medalla başa vurublar İki boksçumuz Avropa çempionatının finalında Banuçiçək Nəsirli Avropa çempionatının finalında Avropa çempionatı: Yarımfinala yüksələn boksçularımızın sayı 5-ə çatıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью