Qadın Chevrolet i kanala aşırdı və...

17.04.2025

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Lənkəranda avtomobil kanala aşıb.

Lent.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hadisə axşam saatlarında Lənkəran şəhərinin Səttarxan küçəsində qeydə alınıb. Lənkəran şəhər sakini Ülkər Əsədovanın idarə etdiyi "Chevrolet" markalı nəqliyyat vasitəsi idarəetməni itirib. Maşın yol kənarındakı suötürücü kanala aşıb.

Qəza nəticəsində sürücü xəsarət alaraq Lənkəran Rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Qəza nəticəsində suötürücü kanalın üstündən keçən yüksək təzyiqli qaz kəməri də qismən zədələnib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью