Qadın dəli oldu, 3 azyaşlı övladını öldürdü

30.09.2025

Icma.az, Azpost saytına istinadən bildirir.

Hüquq-mühafizə orqanları İngiltərənin Bristol şəhər sakini 43 yaşlı Yasmine Əlini üç uşağın – 9 aylıq Məhəmməd, 3 yaşlı Juri və 7 yaşlı Faresin qətlində ittiham edib.

AzPost bildirir ki, bu barədə “The Sun” xəbər verir.

“Meyitlərin məhkəmə-tibbi ekspertizası göstərir ki, onların hamısı bıçaq xəsarətlərindən dünyasını dəyişib”, – məlumatda deyilir.

Polisin məlumatına görə, qadın uşaqları öldürməyə sövq edə biləcək psixi pozuntuya görə müşahidə altındadır. O, sağaldıqdan sonra məhkəmə qarşısına çıxacaq.

Tac Prokurorluğunun sözçüsü Endryu Priçard deyib: “Prokurorluq Yasmin Əlini üç qətldə ittiham etmək qərarına gəlib”.

O, ictimaiyyəti işin gedişinə mane ola biləcək məlumatları internetdə dərc etməməyə çağırıb.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью