Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hindistanda qadının ərinin köməyi ilə sevgilisini öldürüb.
Redaktor.az “The Times of India” qəzetinə istinadla xəbər verir ki,hadisə Maharaştra ştatının Dombivli şəhərində baş verib.
Məlumata görə, mənzillərdən birində çürümüş kişi meyiti aşkarlanıb. Qonşular pis qoxudan şikayət etdikdən sonra mənzilin qapısı zorla açılıb.
Binanın sahibi mənzili kirayə verən qadınla əlaqə saxlamağa çalışıb. Qadının telefon danışığı zamanı meyitin onun sevgilisinə məxsus olduğunu etiraf etdiyi bildirilir.
İlkin məlumata görə, qadın sevgilisinin ona problem yaratdığını və ərinin köməyi ilə onu öldürdüyünü deyib.
Hadisə ilə bağlı araşdırma aparılır. Qadın və əri hadisədən sonra qaçıblar və onların hazırda harada olduqları məlum deyil. Meyiti aşkarlanan şəxsin kimliyi isə hələ müəyyənləşdirilməyib.
Aytəkin TOFİQQIZI