“​​​​​​​Qadın evlidir, amma başqasını sevir“

05.11.2026

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Müğənni İradə İbrahimova mahnı sözlərinə xüsusi diqqət yetirdiyini və hər mahnını oxumağa razı olmadığını bildirib.

Axşam.az xəbər verir ki, sənətçi bu barədə “Kəşfət” proqramında danışıb. O, vaxtilə sözlərində evli qadının başqa bir kişiyə olan sevgisindən bəhs edilən mahnını oxumaqdan imtina etdiyini söyləyib:

“Dedim ki, mən belə bir nümunə deyiləm, belə sözləri oxumaram. Mahnıda qadın bir yerdə pərvanədir, başqa birinin ocağındadır. Amma başqasını sevir. Bu cür fikirləri qəbul etmədim və sözləri dəyişdirmək istədim.

Mənim üçün mahnıda verdiyim mesaj çox önəmlidir. Oxuduğum mahnının sözləri bir vaxtdan sonra taleyimə çevrilir. Allah uzaq eləsin”.

Qeyd edək ki, İ.İbrahiomova Ceyhun İzər adlı bəylə ailəlidir və 2 övladı var.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью