Qadın futbolçular arasında Avropa çempionatının mükafat fondu artırılıb AZƏRTAC

16.12.2024

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 16 dekabr, AZƏRTAC

Qadın futbolçular arasında Avropa çempionatının mükafat fondu artırılıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı qərar UEFA İcraiyyə Komitəsinin İsveçrənin Lozanna şəhərində keçirilən iclasında qəbul olunub.

Beləliklə, 2025-ci ildə təşkil olunacaq qitə çempionatının mükafat fondu 41 milyon avro təşkil edəcək. Bu məbləğ 2022-ci ildəki turnirlə müqayisədə 156 faiz çoxdur.

Qeyd edək ki, Avropa çempionatı gələn il iyulun 2-dən 27-dək İsveçrədə keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью