Qadın futbolçularımız son oyununa çıxacaq

09.06.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın qadın futbolçulardan ibarət yığması bu gün dünya çempionatının seçmə mərhələsində son oyununu keçirəcək.

Modern.az-ın məlumatına görə, C liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda səfərdə Şimali Makedoniya yığması ilə qarşılaşacaq.

Oyun saat 21:00-da Bitola şəhərindəki "Petar Miloşevski" stadionunda start götürəcək. Görüşün baş hakimi gürcüstanlı Teona Sturua olacaq.

Qeyd edək ki, qrupda Macarıstan 13 xalla birinci, Azərbaycan 9 xalla ikinci, Şimali Makedoniya 6 xalla üçüncü, Andorra isə 1 xalla dördüncü pillədə qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью