Qadın futbolçularımız yenə də Moldova üzərində qələbə qazanıblar

18.09.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan yığma komandası ikinci yoxlama oyununu keçirib.

İdman.biz bildirir ki, U-19 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

CPSM stadionunda təşkil olunan görüşdə yığmamız 2:0 hesablı qələbə əldə edib. Komandamızın heyətində hər iki qolun müəllifi Xanım Əsədova (27, 53) olub.

Xatırladaq ki, bu yığmalar arasında sentyabrın 16-da keçirilən ilk yoxlama oyununda da Azərbaycan millisi 2:0 hesablı qalibiyyət əldə etmişdi.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью