Qadın futbolunda qalmaqal VİDEO KONKRET

30.11.2024

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Futbol üzrə qadınlardan ibarət U-19 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Ukrayna – Ermənistan oyununda qalmaqal yaşanıb.

KONKRET.az xəbər verir ki, matçın əsas vaxtına 3 dəqiqə əlavə olunsa da, tabloda vaxt 92:10-u göstərəndə hakim final fitini çalıb.

Bundan sonra ukraynalılar qələbəni qeyd edərək bir-birini qucaqlamağa başlayıblar. Lakin tezliklə öz səhvini anlayan hakim final fitini ləğv edib. Nəticədə oyun daha bir neçə dəqiqə uzanıb.

Qeyd edək ki, görüş Ukrayna yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Sözügedən görüntüləri təqdim edirik:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью