Qadın güləşçilər Macarıstanda toplanış keçir

21.07.2025

Apasport saytına istinadən Icma.az xəbər verir.

Macarıstanın paytaxtı Tatada beynəlxalq təlim-məşq toplanışına start verilib.

Apasport.az xəbər verir ki, qadın güləşi üzrə 15 milli komandanın cəlb olunduğu hazırlıq prosesində yığmamızın üzvləri də iştirak edir.

Olimpiya Təlim-Məşq Bazasında təşkil edilən toplanışda baş məşqçi əvəzi Toğrul Əsgərovun rəhbərliyi altında Elnurə Məmmədova (53 kq), Günay Qurbanova (59 kq) və Ruzanna Məmmədova (62 kq) iştirak edir. Qarşıdan gələn yarışlara hazırlıq xarakteri daşıyan toplanış iyulun 29-dək davam edəcək.

Qeyd edək ki, növbəti hazırlıq prosesinin də ölkə xaricində təşkili nəzərdə tutulub. Belə ki, U20 milli komandanın üzvlərinin – Günay Qurbanova (59 kq) Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadənin (72 kq) baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Rövşən Umudovun rəhbərliyi altında 5-17 avqust tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada toplanış keçməsi planlaşdırılır. Komandamız hazırlıq prosesini başa vurduqdan sonra eyni şəhərdə keçiriləcək U20 dünya çempionatına qatılacaq.

İki güləşçimiz Macarıstanda gümüş medal qazanıb Çimərlik güləşi üzrə Azərbaycan çempionatına start verilib Reytinq turniri üçün heyət açıqlanıb Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək Həsrət Cəfərov: “III MDB Oyunları - Azərbaycanın gənc istedadları üçün böyük fürsətdir”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью