Qadın güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayıblar

10.04.2025

Icma.az bildirir, Apasport portalına istinadən.

Güləş üzrə Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada keçirilən yarışın 4-cü günündə qadın güləşçilər xalçaya çıxıb.

Azərbaycan millisinin iki güləşçisi çempionata start verib.

Jalə Əliyeva (57 kq) 1/4 finaldan mübarizəyə başlayıb. O, Maqdalena Qlodekə (Polşa) qalib gəlib. Təmsilçimiz yarımfinalda türkiyəli Elvira Kamaloğlu ilə üz-üzə gəlib. Görüş rəqib idmançının 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. O, sabah bürünc uğrunda Yenna Hemiae ilə qarşılaşacaq.

Alyona Kolesnik (59 kq) isə bürünc uğrunda qarşılaşmaya çıxıb. O, Aurora Russo (Italiya) ilə qarşılaşıb. 1:3 hesabı ilə məğlub olan güləşçimiz yarışı medalsız başa vurub.

İslam Bazarqanov: "Yarımfinalda özümə inanmadığım üçün məğlub oldum" Güləşçilərimiz Avropa çempionatında bürünc medal qazanıb Güləşçilərimiz Avropa çempionatının yarımfinal mərhələsində məğlub olublar Beş güləşçimiz Avropa çempionatında mübarizəyə başlayacaq Azərbaycanın 30 güləşçisi Gimnaziadada mübarizə aparacaq
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью