Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
Əməkdar artist Zakir Əliyev qadının xanımlığını qorumasında kişinin rolundan danışıb.
Axşam.az xəbər verir ki, sənətçi “Qonaqcanlı” verilişində qadının yanında güclü kişinin olmasının vacibliyini vurğulayıb:
“Qadın o zaman xanımlığını qoruyur ki, yanında güclü kişi olur, ona söykənə bilir. Bəs niyə xanımlar ərə gedirlər, ailə qururlar? Yanlarında onları qoruyan, dəstəkləyən kişini seçir və ona sığınırlar. Amma qadın hər şeyi öz üzərinə götürəndə onun bəzənməyi, zərifliyi, xanımlığı arxa planda qalır. Arzu edirəm ki, xanımlarımız hər zaman gözəl olsunlar”.