Qadın icarə maşınları sataraq 70 nəfəri aldatdı

19.11.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qazaxıstanda bir qadın ağlagəlməz fırıldağa əl ataraq, 70-ə yaxın həmyerlisini aldadıb.

Avtosfer.az zakon.kz saytına istinadən xəbər verir ki, Astana sakini müvəqqəti icarəyə götürdüyü avtomobilləri Cənubi Koreyadan gətirdiyini iddia edərək, yerli sakinlərə satıb.

Məlumata görə, fırıldaqçı qadın təxminən 420 milyon tenge (təxminən 1 milyon 370 min manat) məbləğində dələduzluq edib.

Bildirilir ki, maşınları sərfəli qiymətə təklif edən qadın sakinləri asanlıqla aldada bilib.

Məhkəmənin hökmü ilə Astana sakini 6 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Zərərçəkənlərin mülki iddiaları təmin olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью