Qadın iş axtaranların qarşılaşdığı problem “Ailəlisən, uşağın var?”

12.11.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

İşə qəbul zamanı namizədlərə yalnız peşə bacarıqları və iş təcrübəsi ilə bağlı deyil, şəxsi həyatları barədə də suallar verilir. Xüsusilə qadın namizədlərdən ailəli olub-olmadıqları, yaxın zamanda ana olmağı planlaşdırıb-planlaşdırmadıqları soruşulur. Bəzi hallarda isə yeni ailə qurmuş qadınların hamiləlik və analıq məzuniyyəti ehtimalı nəzərə alınaraq işə götürülmür.

Bəs işəgötürənin namizədin ailə vəziyyəti və şəxsi həyatı ilə maraqlanmağa hüququ varmı?

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, işə qəbul zamanı namizədlərə qarşı cinsinə və ailə vəziyyətinə görə ayrı-seçkiliyə yol verilməməlidir: Bakıda online alış-veriş

“Dövlət qulluğuna qəbul zamanı keçirilən müsahibələrdə etik qaydalara əməl olunur. Mən də dövlət qulluğu üzrə müsahibə komissiyasının üzvüyəm və bu qaydalara ciddi şəkildə riayət edirik. Namizədlərə qarşı ayrı-seçkilik yaradan, xüsusilə qadınlara cinsi mənsubiyyətinə görə fərqli yanaşma nümayiş etdirən suallar verilmir və verilməməlidir.

Məsələn, namizəddən qadın olduğu üçün ailəli olub-olmadığını, uşaqlarının olub-olmadığını, ailə vəziyyətinə görə işin öhdəsindən gəlib-gəlməyəcəyini, ezamiyyətə gedib-getməyəcəyini və ya uşaqlarını qoyub işləyə bilib-bilməyəcəyini soruşmaq düzgün deyil. Bu cür suallar müsahibə zamanı səsləndirilməməlidir”.

Onun sözlərinə görə, işə qəbul zamanı namizədin ailə vəziyyəti deyil, peşəkarlığı və iş bacarığı əsas götürülməlidir:

“Bizim fəaliyyətimiz dövlət qulluğu haqqında qanuna və həmin qanunun tələblərinə uyğun hazırlanmış normativ sənədlərə əsaslanır. Hüquq-mühafizə orqanlarının isə özünəməxsus qəbul qaydaları var. Bununla belə, həmin qurumlarda da ümumi etik prinsiplərə əməl olunmalıdır.

Müsahibə zamanı namizədin fərdi keyfiyyətləri, emosional vəziyyəti, peşəkarlığı və dünyagörüşü qiymətləndirilməlidir. Lakin onun ailə vəziyyəti, həyat yoldaşının və ya uşaqlarının olub-olmaması kimi şəxsi məsələlərin soruşulmasından çəkinmək lazımdır. Bu cür suallar ayrı-seçkiliyə yol aça bilər.

Qeyd etdiyim kimi, biz burada dövlət qulluğuna qəbul prosesindən danışırıq. Hüquq-mühafizə orqanlarının da öz qəbul qaydaları kifayət qədər ciddidir. Hesab edirəm ki, hansısa qurumda etik normaların pozulması halları varsa, bu, ayrıca məsələdir. Bildiyim qədərilə, müvafiq qaydalara əməl olunur. Bununla belə, özüm də bəzi işəgötürənlərin namizədləri işə qəbul edərkən ailə vəziyyəti kimi məsələlərə önəm verdiyinin şahidi olmuşam”.

Əsmətxanım Rzazadə 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью