Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Banqladeşin Rangpur şəhərində yerləşən "Green Field Factory" xalça fabriki dünyanın ən nüfuzlu memarlıq mükafatlarından birini qazanıb.
Bakıvaxtı.az BBC-yə istinadən xəbər verir ki, münsiflər binanı "sakit təvazökarlıq əsəri" adlandırıb.
Məlumat üçün bildirək ki, 7 mərtəbəli fabrik 2017-ci ildə tikilib. Binanın fasadı tropik bitkilərlə örtülüb, içərisində həyətlər, gölməçələr və yaşıllıqlarla əhatə olunmuş gəzinti yolları var.
Fabrikdə 5 minə yaxın, əsasən qadın işçi çalışır. İşçilər üçün damda uşaq bağçası, tibb məntəqəsi və istirahət yerləri yaradılıb. Binanın girişində qadın gücünü simvolizə edən böyük heykəl ucalır.
Münsiflər bildiriblər ki, bu layihə adətən pis şəraiti ilə tanınan Banqladeş fabrikləri üçün yeni və nümunəvi modeldir.
Qeyd edək ki, RIBA mükafatı 2 ildən bir verilir və memarlıqda ən nüfuzlu mükafatlardan hesab olunur.
Gülşən Şərif