Qadın işlədiyi mağazada bıçaqlanıbmış Qaçsa da, əri ona çatıb...

03.12.2025

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Dünən paytaxtın Səbail rayonunda qadının bıçaqlandığı hadisənin təfərrüatı məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə noyabrın 2-si saat 16 radələrində Üzeyir Hacıbəyli küçəsində yerləşən mağazalardan birində baş verib.

Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Faxrəddin Sədrəddin oğlu Quliyev mağazaya basqın edərək orada işləyən arvadı Sumqayıt şəhər sakini 1995-ci il təvəllüdlü Leyla Murad qızı Quliyevaya bıçaqla zərbələr endirib.

30 yaşlı qadın qaçsa da, əri ona çataraq kürək nahiyəsinə 8 bıçaq xəsarəti yetirərək öldürməyə cəhd göstərib.

F.Quliyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

L.Quliyeva xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırmalar davam etdirilir.

Aslan Vəliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью