Qadın keçmiş nazirin üzünə tort atdı (FOTO)

09.01.2025

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Gənc qadın Almaniya Azad Demokrat Partiyasının (FDP) lideri Kristian Lindnerin Qreyfsvaldda seçki kampaniyası zamanı tortla hücum edib.

Qaynarinfo bu barədə "Bild"ə istinadən xəbər verir.

Tort keçmiş maliyyə nazirinin düz üzünə dəyib. "Nordkurier" qəzetinin yazdığına görə, hadisədən sonra o, çıxışına davam edib: "Mən bu döyüş yaralarını (mübarizənin izlərini) qürurla daşıyıram".

Yerli FDP sözçüsü və hadisə şahidi bunun təraş kremindən hazırlanmış saxta tort olduğunu bildirib. Lindner köpüyü dadıb və çıxışına davam edib. 

"Təəssüf ki, bu, krem ​​deyil, sadəcə sabundur", deyə keçmiş nazir bildirib.

Aydın


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью