Qadın kinoteatrda uşaq doğdu

15.11.2024

Icma.az bildirir, Medicina portalına istinadən.


Kinoteatrda doğulan qız bütün ömru boyu pulsuz kinoya baxmaq şansı qazanıb.

“Medicina” xəbər verir ki, Cənubi Uelsdə Sara adlı qadın «Cineworld» kinoteatrına ailəsi ilə filmə baxmağa gəlib.

Hamiləliyin son ayında olan Saranın elə seans zamanı doğuşu başlayır və o, elə zaldaca dünyaya uşaq gətirir.

Kinoteatr işçiləri təcili yardım gələnə kimi ana və körpənin təhlükəsizliyi üçün hər şey edib.

Uşağa Louri adı veriblər. O, kinoteatrdan ömürlük abonent hədiyyəsi qazanıb. Böyüdükdən sonra o, pulsuz sinemaya gedəcək.


Aygün M


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью