Icma.az, Qol.az saytına istinadən bildirir.
Qadın komandası üçün 13 milyonluq möhtəşəm baza - Video
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
“Mançester Siti” klubu qadın komandası üçün 10 milyon funt sterlinq (təxminən 13,5 milyon dollar) dəyərində yeni, müasir təlim-məşq bazasını rəsmi istifadəyə verib.
QOL.az-ın xəbərinə görə, klubun yaydığı açıqlamada bildirilir ki, bu addım komandanın 10 ildən sonra ilk dəfə İngiltərə Qadınlar Super Liqasının çempionu olmasından bir neçə gün sonraya təsadüf edib.
Futbolçular və məşqçi heyətinin rəyləri əsasında formalaşdırılan yeni mərkəz barədə İngiltərə millisinin ulduzu və komandanın kapitanı Alex Greenwood danışıb. O bildirib ki, bu baza yeni İngiltərə çempionlarını “tamamilə başqa səviyyəyə” yüksəldəcək.