Qadın liqalarının klub nümayəndələri ilə görüş keçirilib

16.07.2026

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

AFFA-nın Qadın Futbolu Departamentinin və 2026/2027-ci illər mövsümündə qadın liqalarında iştirak edəcək komandaların nümayəndələri arasında görüş keçirilib.

Apasport.az xəbər verir ki, qurumun inzibati binasında baş tutan tədbirdə Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, texniki direktor Emrah Aykurt, qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov, U-17 (qızlar) millinin baş məşqçisi Xanlar Əliyev və U-15 (qızlar) millinin baş məşqçisi Rövşən Qasımov iştirak ediblər.

Görüşdə ötən mövsümün yekunları ilə bağlı fikir mübadiləsi aparılıb, komandalar arasında öncədən aparılmış elektron sorğuda qeyd olunan təkliflər müzakirə olunub. 2026/2027-ci illər mövsümündə AFFA-nın bayrağı altında keçiriləcək qadın liqalarının formatı, eləcə də növbəti mövsümlərdə yarışların təşkili və keçirilməsi ilə bağlı planlaşdırılan dəyişikliklər barədə tərəflərin rəyləri öyrənilib.

Müzakirələrin daha səmərəli baş tutması məqsədilə klubların nümayəndələri və liqalar üzrə koordinatorlar da dəvət olunublar.

“İmişli” onunla bağlı qərarını verdi “Şamaxı”dan yeni transfer "Neftçi"nin açıq məşqi baş tutacaq "Kəpəz"dən ayrıldı - I LİQA KLUBUNA KEÇDİ Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью