Qadın məktəb direktorlarının sayı kişiləri üstələyib RƏSMİ

24.11.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Ötən günlərdə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlanıb.

Belə ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb.

Modern.az xəbər verir ki, AzEdu.az bu məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq MÜTDA-dan bildirilib ki, müsabiqədə uğur qazanan 463 namizəddən 255-i qadın, 208-i isə kişidir.

Beləliklə, direktor vəzifəsinə seçilənlər arasında qadın namizədlər sayca üstünlük təşkil edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью