Qadın metroda uşaq doğdu

25.11.2024

Icma.az bildirir, Medicina portalına istinadən.


Sankt-Peterburqda qadın metro stansiyasında platformada uşaq dünyaya gətirib.

“Medicina” xəbər verir ki, qadın vaqondaca doğuşun başladığını hiss edib. Ona görə növbəti “Qorkovskaya” stansiyasında çıxıb və işçilərə məlumat verib.

İşçilər təcili yardım çağırsa da, artıq doğuş başlamışdı və işçilər körpənin dünyaya gəlməsinə yardım edib.

“Biz hamımız şokda idik, körpə cəmi 7 dəqiqəyə doğuldu. Biz bacardığımız qədər ananı dəstəkləyirdik. Sonra təcili yardım hospitəlizə etdi” –deyə növbətçi qeyd edib.

Xatırladaq ki, metroda hamilə qadının doğması faktı ilk deyil.


Aygün Musayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью