Qadın millimiz seçmələrə çıxdı

05.06.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Azərbaycanın qadın futbolçulardan ibarət yığması dünya çempionatının seçmə mərhələsində bu gün növbəti matçına çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Macarıstanla üz-üzə gələcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 18:00-da start götürəcək qarşılaşmanın baş hakimi sloveniyalı Vanya Yankoviç olacaq.

Qeyd edək ki, C Liqasının 3-cü qrupunda yer alan milli daha əvvəl baş tutan matçlarda evdə və səfərdə Andorranı (3:1 2:0), həmçinin Bakıda Şimali Makedoniyanı (2:0) məğlub edib. Yığma səfərdə Macarıstana 0:1 hesabı ilə uduzub.

Komanda 4 oyundan sonra qrupda 9 xalla ikinci pillədə yer alıb. Macarıstan (10 xall) birinci, Şimali Makedoniya (3 xal) üçüncü, Andorra (1 xal) dördüncüdür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью