Icma.az, Milli.az saytına istinadən bildirir. Qadın mühafizəçini girov götürüb, binanın girişini yandırdılar - kimliyi TƏƏCCÜBLƏNDİRDİ - ANB
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki maskalı adamdan birinin kimliyi təəccüb doğurub.
Belə ki, onlardan biri müvəqqəti olaraq uzaqlaşdırılan çavuş olduğu üzə çıxıb.
Çavuşun qisas almaq üçün qardaşını bıçaqlayan şəxsin atasının yaşadığı yerə binaya gedib.
Adananın Çukurova səmtinin "Huzur evleri" məhəlləsində yerləşən kompleksdə yaşayanlar axşam 19:00 radələrində dəhşət yaşayıblar. Ersoy G.
H.B. tərəfindən bıçaqlanıb. Xəstəxanada müalicəsi tamamlanan Ersoy G. evə buraxılarkən hadisəni törədən H.B. həbs olunub.
Ersoy G-nin böyük qardaşı Duran G. intiqam almaq üçün dostu Can K. ilə H.B.-nin atası Ahmet B.-nin yaşadığı əraziyə gedib.
Yaşayış kommpleksinə daxil olmaq istəyən Duran G. qadın mühafizəçi Yağmur A ilə qarşılaşıb.